Sosial şəbəkələrdə Goranboy rayonunun Qaradağlı kəndində sakinlərə verilən təsərrüfat suyununun kəsilməsini əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrları lentə alan şəxs suyun qarşısının kəsilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus təsərrüfatlara axıdıldığını bildirib və bu prosesin 10 gündür davam etdiyini deyib. Görüntülərdə bir qrup sakinin başqa istiqamətdə axan suyun qarşsını kəsməyə çalışdığı müşahidə olunur.
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, icra başçısına məxsus heç bir təsərrüfat mövcud deyil:
“Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus heç bir biznes və təsərrüfat mövcud deyil. Sakinlər ola bilsin ki, haqlıdırlar. Belə ki, onlara verilən su həqiqətən də başqaları tərəfinən kəsilmiş ola bilər. Bununla bağlı müvafiq araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Goranboyda icra başçısı sakinlərin suyunu kəsib? – VİDEO + AÇIQLAMA
01
sentyabr
17:17

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi