Bir neçə gün öncə 40 mərasimi baş tutan mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə sənətçiyə niyə məzar daşı qoyulmadığı ilə bağlı müxtəlif iddialar irəli sürülüb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarının 40 mərasiminə çağrılmadığını deyib.
O, bu məsələnin Mədəniyyət Nazirliyi tərəfindən diqqətə alınmalı olduğunu bildirib:
“Açığı, məzar daşı ilə bağlı məlumatım yoxdur. Hələ də niyə qoyulmayıb bilmirəm. Heç mənim 40 mərasimindən belə xəbərim olmayıb, gərək məni çağıraydılar. Heç çağıran olmayıb, mən də getməmişəm, sonradan xəbər tutdum ki, 40 mərasimi olub, keçib. Səməd Səmədov Xalq artisti idi, əgər həyat yoldaşının, ailəsinin məzar daşı qoydurmağa maddi imkanı yoxdursa, gərək dövlət tərəfindən yardım olunsun. Məim tanıdığım bir neçə sənətçi olub ki, onun ailəsinin maddi imkanı yaxşı olmayıb deyə, Mədəniyyət Nazirliyindən yardım edilib. Səməd Səmədovun da yəqin ki, ailəsinin imkanı yoxdur. Çünki yazıq Prezident təqaüdü almırdı. Gərək bu işdə Mədəniyyət nazirliyi onun ailəsinə dayaq olsun. Hələ ki, 40-ı təzə çıxıb, İnşallah, ilinə qədər məzar daşı qoyular. Inanıram ki, Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı bir ölçü götürər”.
Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - “Ailəsinin imkanı yoxdur“
06
sentyabr
16:09

Qarabağ
KOMMENTLƏR
Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO
Prezidentin tapşırığı ilə Arif Quliyevin məzar daşı qoyuldu - FOTO
Fevralda vəfat edən Yalçın Rzazadənin məzar daşı hələ də hazırlanmayıb
Həmkarı Arif Quliyevin qəbirüstü abidəsinin götürülməməsindən danışdı
Əliyar Əliyevin məzar daşı hazırlandı (FOTO)
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər