Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlillərin yolunu kəsən sürücülərə xəbərdarlıq edib.
DYP-dən daxil olan xəbərdarlıqda deyilir:
“Paytaxt ərazisində yaradılmış müvcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulan qaydalara əməl etməyən sürücülər və hərəkətin digər iştirakçılarının bir daha diqqətinə çatdırırıq ki, pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklama zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması tərəfimizdən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu isə inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır.
Sürücülər, hərəkətin digər iştirakçıları və bütün ictimaiyyət üzvlərindən xahiş edirik ki, sağlamlıq imkanları məhdud olan şəxslərin sərbəst hərəkət etmək hüquqlarına hörmətlə yanaşsınlar!”
“Fürsətdən istifadə edib Tokiyo şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticə əldə edən paralimpiyaçılarımızı təbrik edir, onların uğurları ilə qürur duyduğumuzu bildiririk”, - DYP-dən bildiirlib.
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
07
sentyabr
14:29

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat