Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə doqquz il azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunur ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4 dərəcə olması səbəbindən zəruri müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə edilib.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə”) aşkar olunaraq "COVID-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.
Sabiq icra başçısının ölüm səbəbi AÇIQLANDI - RƏSMİ
08
sentyabr
18:09

Qarabağ
KOMMENTLƏR
Həbsdə olan sabiq icra başçısının ölüm səbəbi bəlli oldu - YENİLƏNİB
Azərbaycanda həbs olunan sabiq icra başçısı vəfat etdi -FOTO
Həbs edilən sabiq icra başçısı YAP-dan çıxarıldı
Sabiq icra başçısının məhkəməsi başladı
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat