"Turkish Airlines" aviaşirkətinin Naxçıvan-Gəncə istiqaməti üzrə reysi Ermənistanın hava məkanı vasitəsilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və uzun müddət ərzində istifadə olunan hava yolu ilə həyata keçirilib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Qeyd edilir ki, Azərbaycanın hava məkanı vasitəsilə də xarici aviaşirkətlər tərəfindən Ermənistan hava limanlarına / limanlarından ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava yolları ilə uçuşlar həyata keçirilir.
"Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistanın hava limanlarına uçuşlar icra etmək üçün kommersiya aviasiyasının uçuşlarına məhdudiyyət yoxdur", - AZAL-dan bildirilib.
Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar AZAL aviaşirkəti Ermənistanın hava məkanından keçən beynəlxalq hava yolları ilə uçuşlar yerinə yetirmir.
Xatırladaq ki, "Flight Radar" resursunun məlumatına görə, 4 sentyabr tarixində "Turkish Airlines"a məxsus sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Gəncədən Naxçıvana uçuş yerinə yetirib.
Ermənistanın hava məkanından istifadə etmirik - AZAL
08
sentyabr
18:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat