Son dövürlər gedən islahatlar, möhtərəm Cənab Prezidentimizin ədalətli kadr siyasəti görünür Yevlax rayonuna çatanda, burada vəzifə başına təsadüfi təyinat alan bəzi qüvvələr tərəfindən qulaq ardına vurulur.
Adının çəkilməsini istəməyən (müəllimliyini itirməmək üçün) mənbə redaksiyamıza bildirir ki, uzun illərdir Yevlax şəhər 4 nömrəli tam orta məktəbdə işləsə də, kariyerasında heç bir inkişafa nail ola bilmir. Müəllimənin uzun zamandır həsrətlə vakant olacağını gözlədiyi Yevlax şəhər 4 nömrəli tam orta məktəbdə direktor müavini yeri bu günlərdə Təhsil Şöbəsinin müdiri Namidə Abbasova tərəfindən qəfil öz bacısı Nərminə Abbasovaya peşkəş verilib.
İşin özəlliyi və məcazi də olsa gözəlliyi ondadır ki, bir müddət əvvəl adı çəkilən məktəbdə Təhsil şöbəsinin müdiri Namidə Abbasovanın anası Bəsti Abbasova uzun illər direktor müavini işləyib. Qızı Təhsil müdiri olandan sonra abıra bükülüb yaşla əlaqədar çıxıb.
Belə deyək ki, Yevlaxda hələ də nəsildən nəsilə vəzifə ənənəsi də davam edir.
Öz zalımlığı ilə seçilən Namidə Abbasova hələ möhürünün çerneli qurumamış adı çəkilən məktəbdə bu qədər təcrübəli pedaqoqlar qala-qala bacısını direktor müavini təyin edir.
Əslində Namidə xanımnan başqa bir şey gözləmək də olmaz. Çünki bu boyda Yevlaxın ziyalı, təcrübəli məktəb direktorları, qabaqcıl təhsil işçiləri dura-dura sınaq dövrü hələ tamamlanmamış Namidə Abbasovanı Yevlax Təhsili kimi bir yere rəhbər qoyanda o da öz bacısını hamıdan artıq bilib direktor müavini qoymalıdır.
Nə deyək biçarəlikdən başqa əlacımız yoxdur...
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
Xeberfakt.az
Yevlax Təhsilində "ailə ansambılı"
10
sentyabr
13:24

Qarabağ
KOMMENTLƏR
Bu rayonda təhsil sistemi belə idarə olunur... - Düzələsi deyilik...
Gəncə təhsilində daha bir BİABIRÇILIQ… – imtahan suallarını başqasına həll etdirmək istədi, amma…
Gəncə təhsilində daha bir BİABIRÇILIQ... - imtahan suallarını başqasına həll etdirmək istədi, amma…
Daha bir təhsil şöbəsinin müdiri işdən çıxarıldı - Nazirlik araşdırma apardı
Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar