Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının məhkəmədə ürəyi gedib.
Bu barədə Qaynarinfo-ya ictimai fəalın anası Hürü Hacıyeva məlumat verib.
"Raminin ürəyi getdi. Təcili Tibbi Yardım çağırdılar. Su vermək istədilər, içmədi. Həkimlər gəlib iynə vurdu”, deyə Hürü Hacıyeva bildirib.
Onun sözlərinə görə, oğlunun səhhətində ciddi problem yaranıb: "Təcili Tibbi Yardımın əməkdaşları dedi ki, Ramin mütləq həkim nəzarətində olmalıdır. Vəziyyəti çox ağırdır”.
Qeyd edək ki, Ramin Hacılı həbsinə etiraz edərək quru aclığa başlayıb. O artıq 7 gündür ki, aclıq edir.
Anası bildirib ki, səhhətindəki problemlərə rəğmən oğlu aksiyanı davam etdirməkdə israrlıdır: "Dayandırmaq istəmir aclığı. Mən bir ana kimi Prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edirəm. Oğlum günahsız yerə həbs edilib. Borcu var, qaytarırdı. Heç yerə qaçmırdı. Cavan, savadlı uşaqdır. Niyə həbs edirlər axı? Məgər həbslə borc qaytarılır? O azadlıqda olmalıdır ki, borcunu qaytarsın”.
Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. Prokurorluq hökmdən protest verib. Bu gün Bakı Apellyasiya Məhkəməsində protestə və iş üzrə iki nəfər zərərçəkmişin apellyasiya şikayətinə baxılıb. Ramin Hacılının səhhətində problem yarandığına görə proses sentyabrın 14-nə təxirə salınıb.
HƏMÇİNİN OXU:
Ramin Hacılı təcridxanadan Prezidentə müraciət etdi: "... İntihar etməyə hazıram!"
Ramin Hacılının məhkəmədə ürəyi getdi - Vəziyyəti ağırdır
10
sentyabr
16:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat