Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma aparılmışdır.
Quba rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq etmiş, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik etmişdir.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Azərbaycanda bələdiyyə sədrinin sabiq müavini SAXLANILDI
14
sentyabr
10:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat