Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub.
Bunu "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq "Buzovna-1" yarımstansiyasının açılışında görülən işlər barədə məlumat verən zaman deyib.
O bildirib ki, ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir:
"Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq".
Şuşaya elektrik xətti ilə internet də veriləcək
15
sentyabr
15:02

Qarabağ
KOMMENTLƏR
İlham Əliyev “Buzovna-1” yarımstansiyasının açılışında - FOTOLAR
Prezident və birinci xanım "Kəlbəcər" yarımstansiyasının açılışında - FOTOLAR
Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək - VİDEO
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat