Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azadinfo. az saytının rəhbəri, hazırda həbsdə olan Mahir Ələkbərovun (Xəttab) barəsində olan həbs qəti imkan tədbiri ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Məhkəmə Mahir Ələkbərovun ev dustaqlığına buraxılmasını məqbul saymayıb.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.
Məhkəmə jurnalisti ev dustaqlığına buraxmadı
16
sentyabr
16:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat