Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə Oxu.Az-a onun vəkili məlumat verib. Vəkilin sözlərinə görə, M.Quliyevin səhhətində hər hansı yenilik yoxdur:
“Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.
Vəkil onu da əlavə edib ki, M.Quliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixinin sentyabr ayı ərzində təyin edilməsi gözlənilmir.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Koronavirusa yoluxan Mahir Quliyevin vəziyyəti necədir?
17
sentyabr
11:39

Qarabağ
KOMMENTLƏR
Biləsuvarın sabiq icra başçısı 4 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunur
Həbs edilən sabiq icra başçısının məhkəməsi keçirildi
Həbs edilən sabiq icra başçısı məhkəmə qarşısına ÇIXARILIR
Koronavirusa yoluxan Arif Quliyevdən XƏBƏR VAR
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat