23 sentyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərlərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun Mətbuat Xidmətlərindən verilən birgə məlumata əsasən, Memorandumu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıb.
Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etməkdir.
Razılaşmaya əsasən bölgədəki ekosistemlərin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması kimi layihələrin icrası həyata keçiriləcək.
Bu əməkdaşlıq, eyni zamanda, işğal dövründə Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, ərazilərin, o cümlədən su hövzələrinin Ermənistan ərazisindən transsərhəd çirklənməsinin davam etdirilməsi kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xarici mətbuatda işıqlandırılması və “Yaşıl” iqtisadiyyatın dəstəklənməsi kimi layihələri də əhatə edəcək.
Tərəflər digər dövlət, özəl təşkilatları, eyni zamanda diaspora və cəmiyyətin müxtəlif nümayəndələrini də bu Memoranduma qoşularaq qeyd olunan istiqamətlər üzrə potensial əməkdaşlığa, öz fəaliyyət istiqamətlərinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərlərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.
ETSN Qarabağ Dirçəliş Fondu ilə memorandum imzaladı
23
sentyabr
14:49

Qarabağ
KOMMENTLƏR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional idarəsi qanunsuzluğa göz yumur – FOTOFAKT
Mikayıl Cabbarov Müşahidə Şurasının ikinci iclasını keçirdi
Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
Azərbaycanda nazirlikdə yüksək TƏYİNAT
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi