Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən Müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib. Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.
Qazinin pulunu və medalını oğurlayan şəxs tutuldu - Video
24
sentyabr
13:31

Qarabağ
KOMMENTLƏR
Bakıda azyaşlıya qarşı soyğunçuluq edildi - VİDEO
Bakıda qadınlar evə basqın edib, “Mitsubishi”nin açarını götürdülər (VİDEO)
Bakıda evdən 80 min dollarlıq oğurluq oldu - FOTO
Bakıda silahlı insident törədən şəxs saxlanıldı - FOTO
Polis Bakıda əməliyyat keçirdi: Ana, oğlu və qohumu saxlanıldı (VİDEO)
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi