Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.
Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq matreriallarına əlavə edilir.
***
09:10
Bakıda yol polislərinin “dayan” əmrinə tabe olmayan sürücü digər avtomobillərə zərər verib.
50 ED 532 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı maşının sahibi polislərdən qaçmaq istəyib.
O, qaçmaq üçün maşını digər hərəkət iştirakçılarının avtomobillərinə çırpıb.
Həmin görüntüləri təqdim edirik:
Bakıda yol polisindən qaçan şəxsə cinayət işi açıldı - YENİLƏNİB (VİDEO)
25
sentyabr
10:43

Qarabağ
KOMMENTLƏR
Bakıda marketin qarşısında döyülən şəxs 21 gün sonra ÖLDÜ
Sevgilisini və özünü güllələyən polisə cinayət işi açıldı
Sumqayıtda avtobusla avtoxuliqanlıq edən şəxsdən XƏBƏR VAR
Bakıda polis komendant saatını pozan şəxsi atəş açaraq saxladı - VİDEO
Bacısı qızına təcavüz edən dayı cəzasının azaldılmasını istəyir - MƏHKƏMƏ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat