“Sığınacaqda olan uşaqların 70%-i qızlardır. Azərbaycan ailələrində mental olaraq qız uşaqlarına ikinci dərəcəli varlıq kimi baxırlar”.
Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə söyləyib. O, qızlarla bağlı problemin genofonda çox ciddi təsir edəcəyini bildirib:
“Sığınacaqda 30 uşaq varsa, onların 70% qızlardır. Bu problemin əsasında qızların atılmasından çox onlara olan biganə münasibət, qız uşağının mental olaraq ailədə rolunun aşağı səvyyədə olması dayanır.
Bu gün UZİ vasitəsi ilə uşağın cinsiyyətinin bilinməsi, qız olduqda abort etdirilməsi heç kimə sirr deyil. Çox insan bu düşüncə ilə yaşayır. Bu problem həllini tapmasa, bizim gələcək genofondumuza ciddi şəkildə ziyan vuracaq”.
Kəmalə Ağazadə qız övladı olan anaların sığınacağa daha çox müraciət etdiyini qeyd edib:
“İllər ərzində bizim sığınacağa əsasən qız övladı olan analar müraciət edib. İndi də bu hallar qeydə alınır.
Bu cür problemlərlə bağlı maariflənməyə ehtiyac var. Mən düşünürəm ki, ailələrlə iş aparmaq lazımdır. Hər kəs bilməlidir ki, dünyaya uşaq gətirən kişilər deyil, qadınlardır. Ailələr övladlarına ayrı-seçkilik etmədən dəyər verməlidirlər. Qadına dəyər verilməyən ailələrdə dünyaya göz açacaq və ya artıq təməli qoyulmuş qızların hamiləliyinin dayandırılması faktları da davam edəcək”.
Azərbaycanda atılmış uşaqların 70 faizi qızlardır - Kədərli statistika
27
sentyabr
15:17

Qarabağ
KOMMENTLƏR
Şəhidin övladları atasının ad gününü sığınacaqda qeyd etdi - VİDEO
Azərbaycanda bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldı
4 uşağı olan şəhidin xanımı döyüldü, qonşuya sığındı – İmtiyaz münaqişəsi
Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - Foto
Bakıda erkən nikaha məcbur edilən qız evdən qaçdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi