Bir neçə gün öncə məktəblilər üçün iş dəftərlərinin yalnız “Azərpoçt”un mərkəz filialında verilməsi ilə bağlı valideynlərdən birinin şikayət videosu yayılmışdı.
Valideyn iddia edirdi ki, bir neçə iş dəftərindən ötrü uzaq məsafə qət edərək “Azərpoçt”un mərkəz filalına gəlməlidirlər. Bununla yanaşı, sosial şəbəkələrdə valideynlərin məsələ ilə bağlı narazılıqları səngimək bilmirdi. Həmin məsələni araşdırdıq.
Sosial şəbəkələrdə yayılan görüntü ilə bağlı “Azərpoçt” MMC-dən bildirildi ki, yayılan məlumat həqiqəti əks etdirmir.
Belə ki, “Azərpoçt” MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla Respublika üzrə bütün poçt şöbələrində həyata keçirilir. İş dəftərləri tələbata uyğun olaraq gündəlik hər bir poçt şöbəsinə paylanılır və satışı davam etdirilir.
Qeyd edək ki, son bir neçə gün ərzində iş dəftərlərilə bağlı poçt şöbələrinə müraciətlər çoxluq təşkil edir.
Sorğumuza cavab olaraq Təhsil İnstitutundan bildirilir ki, ötən illərdə olduğu kimi, iş dəftərlərinin əldə olunması "Azərpoçt MMC" vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, iş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir.
Məktəblilərin iş dəftərləri harda verilir? - AÇIQLAMA
28
sentyabr
11:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat