Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun yaxın günlərdə müalicəsi başlayacaq.
Oxu.az xəbər verir ki, bu barədə F.Ağayev özü məlumat verib.
O bildirib ki, səhhətinin müalicəsi ilə bağlı problem həll olunub:
“Artıq yaxın günlərdə dövlət hesabına müalicələrim başlayacaq”.
Qeyd edək ki, bir müddət əvvəl qazı sosial şəbəkədə səhhətindəki problemlə bağlı şikayət yaymışdı. O bildirmişdi ki, sağalıb, ailəsinə baxmaq istəyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən açıqlama görə, Fariz Ağayevin ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib:
“Bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib.
Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək.
Bununla belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin həkim-ekspertləri Farizi evində əyani müayinə edib və nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstək göstəriləcək”.
Narazı qazinin müalicəsinə başlanılır - AÇIQLAMA
28
sentyabr
15:45

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər