Ötən gün Bakıda polis əməkdaşının həyat yoldaşını polis bölməsində güllələyərək öldürməsi cəmiyyətdə ajiotaj yaradıb.
Bakisesi.com “oxu.az”a istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı öldürüb.
27 yaşlı qadın aldığı güllə yaralarıdan hadisə yerində dünyasını dəyişib. Bəs bu cinayəti törədən polis əməkdaşını hansı cəza gözləyir?
Əvvəlcə bildirək ki, hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) əsasən, həmin şəxsi on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakıda arvadını qətlə yetirən polisi hansı cəza gözləyir?
01
oktyabr
10:20

Qarabağ
KOMMENTLƏR
Polis əri tərəfindən öldürülən qadının FOTOSU
Bakıda polis arvadına altı güllə vurub - YENİLƏNİB/FOTO
Bakıda polisin öldürdüyü qadının hadisə yerindən GÖRÜNTÜLƏRİ - VİDEO
Prokurorluq Bakıda arvadını öldürən polislə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Bakıda DƏHŞƏT: Polis arvadını şöbədə xidməti silahla öldürdü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat