Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis kapitanı Vəlimətov Bədirşah Şakir oğlunun məhkəmə prosesi keçiriləcək.
O, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi - Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) ilə təqsirli bilinir.
İşə Xaçmaz Rayon Məhkəməsində hakim Xıdır Quliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən xətanı törədən şəxslər nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma ilə cəzalandırılır.
Xatırladaq ki, B.Vəlimətov hazırki vəzifəsinə bir neçə gün öncə təyinat almışdı.
Azərbaycanda polis rəisi MƏHKƏMƏYƏ VERİLDİ
01
oktyabr
13:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat