Xocavənddə polisin "Saxla" əmrinə tabe olmayan sürücülər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunmuş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə "Saxla" işarəsi verilmiş, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdirmişlər.
Görülmüş tədbirlərlə onlar saxlanılmışlar. Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunmuş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilmişdir. “Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilmişdir.
Onlar RPŞ-yə gətirilmiş və toplanmış materialla birgə rayon məhkəməsinə göndərilmişlər.
Xocavənddə sürücülər polisin "Saxla" əmrinə tabe olmadılar
04
oktyabr
13:43

Qarabağ
KOMMENTLƏR
Polisin əmrinə tabe olmayan "KamAZ" qəza törətdi
Maşınla azad edilmiş ərazilərə getmək istəyənlər saxlanıldı
“Saxla” əmrinə tabe olmayan sürücü oğurladığı maşından düşərək qaçıb
Polisləri yaralayıb azad edilmiş ərazilərə getdilər
Bakıda polis komendant saatını pozan şəxsi atəş açaraq saxladı - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat