Azərbaycanda yeniyetmələrə vaksin vurulmasına başlanılır. Səhiyyə Nazirliyi Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə koronavirus xəstəliyinə qarşı "mRNT Pfizer" peyvəndi vurulacağını açıqlayıb. Bundan narahat olanlar da var, təqdir edənlər də. Əksəriyyət düşünür ki, peyvənd yeniyetməlik dövründə olan uşaqlara bu əks-təsir göstərə bilər.
TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov açıqlamasında yeniyetmələrin vaksinasiyasının məcburi olmadığını vurğulayıb:
“Həmin yaş qruplarının vaksinasiyası məcburi deyil. Göstərişlər əsasında vurulacaq. Bu ona görə aktuallaşıb ki, bəzi hallarda 12 yaşdan yuxarı yeniyetmələr xarici səfərlərə gedəndə çətinlik çəkirlər. Azərbaycanda da 12-18 yaş arası şəxslər vaksinasiya oluna bilər.
Ola bilər ki, 12-18 yaşında hər hansı bir uşaq, yeniyetmə xarici ölkələrə səfər edib, orada oxuyacaq. O zaman həmin şəxs üçün peyvənd pasportu lazım olacaq. “Pfizer” vaksini də 12-18 yaşdan yuxarılara vurula bilər”.
Akif Qurbanovun sözlərinə görə, bu, valideynlərin ümumi icazəsi ola biləcək bir məsələdir:
“Ata-ananın razılığı ilə vaksinasiyaya icazə veriləcək. Bu məsələlər hələ müzakirə mövzusudur. Vurularkən ata-ananın razılığı, vaksinasya səbəbi göstərilməlidir. İcbarilik yoxdur. Ancaq istək və valideynlərin razılığı. Məqsəd yalnız vətəndaşların işlərini yüngülləşdirməkdir”.
Yeniyetmələrin vaksinasiyası: Yan təsir riski var? – TƏBİB-dən şərh
06
oktyabr
12:55

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə də vaksin VURULACAQ
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına BAŞLANILIR
Bu ölkədə 3 yaşlı uşaqlara vaksin vurulacaq
Həkim: "Hamilə qadınlar və 12 yaşdan yuxarı şəxslər peyvəndlənə bilər" - VİDEO
Gürcüstanda 16 yaşdan yuxarı olanlar üçün vaksinasiya qərarı verildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat