Xalqa artisti Brilliant Dadaşovanın baclısı oğlu həbs edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham olunan Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.
Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Brilliant Dadaşovanın bacısı oğlu həbs edildi
06
oktyabr
17:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat