Polis əri tərəfindən şöbədə qətlə yetirilən Xanım Məmmədovanın övladlarından xəbər var.
Bu barədə oxu.az-a onun qardaşı Aqil Əliyev bildirib.
Qardaşının sözlərinə görə, uşaqlar babalarının yanındadırlar:
“Oğlunu Qaxda məktəbə qoymuşuq, qızı isə balacadır, bağçaya gedir. Mənim balaca qızımla birlikdə bağçaya qoyduq ki, başı qarışsın. Uşaqlar hələ hadisənin şokundan çıxmayıblar. Məsələ ilə bağlı çoxlu çəkilişlər aparıldı, uşaqları danışdırdılar.
Bacımın oğlunun 6 yaşı var, səlis danışır. Bu günə qədər hadisələr elə uşaqların gözü qarşısında baş verib. Dəfələrlə bacımı döydüyünü uşaqlar da deyib”.
Qeyd edək ki, sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı güllələyərək öldürüb.
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib və daxili işlər orqanlarından xaric edilib.
Polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın övladlarından XƏBƏR VAR
07
oktyabr
13:42

Qarabağ
KOMMENTLƏR
Polis bölməsində öldürülən qadının ailəsi danışdı - Video
Bakıda polis şöbəsində arvadını öldürən polisin görüntüləri - FOTOLAR
Bakıda polis arvadına altı güllə vurub - YENİLƏNİB/FOTO
Bakıda polisin öldürdüyü qadının hadisə yerindən GÖRÜNTÜLƏRİ - VİDEO
Prokurorluq Bakıda arvadını öldürən polislə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat