Məlum olduğu kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun maliyyə yoxlamaları zamanı xeyli miqdarda büdcə vəsaitini mənimsədiyi və digər qanun pozuntularına yol verdiyi bildirilir.
Pravda.az-ın xəbərinə görə, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov həbslərin yalnız Eldar Həsənovla deyil, rəhbərlikdə olan digər şəxslərin də həbs oluna biləcəyini bildirib.
O, səfirin həbsinin bu günlərdə Türk Silahlı Qüvvələrinin Amanos dağında PKK və YPG-yə qarşı başlatdığı “İLDIRIM-5” əməliyyatı ilə bağlılığının olduğunu qeyd edib: “Bir çoxları Eldar Həsənovun həbsinin səbəbini XİN-dəki yeyintilərlə bağlayır, bəziləri isə Serbiya nümayəndə heyətinin Bakıdan qayıdandan sonra baş verdiyinin təsadüf olmadığını yazırlar. Amma hamının unutduğu bir şey var. O da Türk dövlətinin üst düzeyindəki şəxslərin ölkəmizdə səfərdə olmasıdır. Məncə, həbslər Eldar Həsənovla bitməyəcək. Rəhbərlikdə təmsil olunan bir neçə şəxsin də həbs olunması an məsələsidir. Çox güman ki, Eldar Həsənovun həbsinin bu günlərdə Türk Silahlı Qüvvələrinin Amanos dağında PKK və YPG-yə qarşı başlatdığı “İLDIRIM-5” əməliyyatı ilə bağlılığı var. Hər halda, yaxın günlərdə hər şey aydınlığa çıxacaq”.
“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”
15
avqust
11:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat