""YAŞAT" Fondunun əməkdaşlarının əksəriyyəti şəhid övladları və qazilərdir. Onlar şəhid ailələrinin üzvlərinin problemlərini daha yaxşı bilirlər və öz həyatlarında yaşayıblar".
Bunu Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan "Hərə bir qəhrəman oldu" adlı tədbirdə "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.
Onun sözlərinə görə, I Qarabağ müharibəsi dövründə 20 faiz torpaq itirmişik, amma şəhidlərimizin olması ilə 80 faiz torpaq özümüzdə qalıb: “Bu gün isə şəhidlərimiz sayəsində ərazi bütövlüyümüz bərpa olunub. Fondun fəaliyyət istiqamətlərindən biri təhsildir. Zaman gələcək hansısa postu tutan şəhid övladını görəndə fəxr edəcəyik ki, onu biz dəstəkləmişik. Müharibədən sonra 102 şəhid övladı dünyaya gəlib. Onlar heç vaxt atalarını görməyəcək. Bütün şəhid övladları, qazilər bizə əmanətdir".
"Müharibədən sonra 102 şəhid övladı dünyaya gəlib"
08
oktyabr
11:58

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi