Bu sözləri açıqlamasında pediatr Vaqif Qarayev deyib.
O, bildirib ki, daha çox bağça və məktəb yaşlı uşaqlar xəstələnir. Amma yenə də xəstə uşaqların bağçaya və məktəbə getməsini müşahidə edirik. Bu uşaqlar təcrid olunmalıdır. Bağça və məktəbə göndərilməməlidir. Çünki uşaq həm özü gec sağalır, həm də başqalarını yoluxdurur.
