Türkiyənin Samsun şəhərində azərbaycanlı iş adamı və onun həyat yoldaşı pitbull cins itin hücumuna məruz qalıb. İt 35 yaşlı Arif Şehrinin burnunu qoparıb.
Virtualaz.org xəbər verir ki, Samsunun Yeşildere məhəlləsində işə gedən 35 yaşlı Arif Şehri və həyat yoldaşı Fardina Şehriyə küçədə it hücum edib. A.Şehri bildirib ki, pitbull küçədə dayanmış maşınların birində, xaltasız olub. Həyat yoldaşı itdən qorxub, amma itin sahibi bildirib ki, qorxmağa səbəb yoxdur, it dişləmir. Arif itə yaxınlaşıb, heyvan qəflətən onun üzərinə atılıb, burnunu qoparıb. İt sahibinin köməyi ilə ərazidən uzaqlaşdırılıb. Küçədən keçənlərin köməyi ilə əraziyə polis və təcili tibbi yardım çağrılıb. Azərbaycanlı iş adamı xəstəxanaya yerləşdirilib, onun üzərində cərrahi əməliyyat aparılıb.
"Həyat yoldaşımla evdən çıxıb işə gedirdim. Bir maşın gəldi, içərisində pitbull cins iti vardı. İt bağlı deyildi, ağızlığı və xaltası yox idi. Həyat yoldaşım itdən qorxur, buna görə də qaçmağa başladı. İtə tərəf gedərək yoldaşımı qorumaq istədim. Sahibi dedi ki, onun iti dişləmir, narahatlığa əsas yoxdur. Amma it bir anda üstümə atıldı və burnumu qopardı. Əraziyə gələn polis əməkdaşları burnumun qopmuş hissəsini axtarmağa başlayanda özümə gəldim. Həyat yoldaşım hadisənin şokundan ayıla bilmir",- Arif başına gələnləri danışıb.
Şikayətçi deyib ki, onun yerində azyaşlı uşaqlar da ola bilərdi. Cərrahi əməliyyat olunsa da, nəfəs almaqda çətinlik çəkir. Buna görə də itin sahibindən şikayət edib.
Pitbul azərbaycanlı iş adamının burnunu qopardı
20
oktyabr
17:07

Qarabağ
KOMMENTLƏR
Həyat yoldaşı da bir il öncə COVID-dən ölüb, özü bilmirmiş
Xatirə İslam və həyat yoldaşı koronavirusa yoluxdu - FOTO
Kişi sözünü qaytaran arvadının üstünə benzin töküb yandırdı
Dəhşət: Boşanmaq istəyən həyat yoldaşını qəssab bıçağıyla doğradı
Bakıda xanımını qısqanan kişi onun müdirinin qulağını qopardı
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər