Qardaş ölkənin lideri üzərində Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev deyib: "Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə".
Rəcəb Tayyib Ərdoğan: Biz Şuşaya səfər etdik. Saatların üzərində Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur.
Prezident İlham Əliyev: Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!
Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci ilin iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.
