Belə ki, bir müddət əvvəl böyrək çatışmazlığından əziyyət çəkən Zeynəbə böyrək köçürülüb.
Lakin əməliyyatdan altı ay sonra onun vəziyyəti pisləşib və təcili olaraq xəstəxanaya (Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına) yerləşdirilib.
Hazırda onun səhhəti ağır olaraq qalır. Həkimlər böyrəyin normal fəaliyyətinə qayıtması üçün çalışırlar.
Lakin ailəsinin maddi vəziyyəti qənaətbəxş olmadığından Zeynəbi müalicə etdirməkdə çətinlik çəkirlər. Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi olan 20 yaşlı qızın valideynləri imkanlı şəxslərdən və yardımsevər vətəndaşlardan övladlarının müalicəsinə maddi dəstək olmalarını xahiş edirlər.
Zeynəbə dəstək olmaq üçün:
Əlaqə nömrəsi: 055 839 36 09 – atası Feyzullayev Səfərəli
“Kapital bank”: 4169 7414 1533 8035
