2021-ci il noyabrın 1-dən etibarən "Oxford-AstraZeneca", "Pfizer-BioNTech", "Moderna" və "Johnson&Johnson" peyvəndlərinin hər iki dozasını qəbul etmiş Azərbaycan vətəndaşlarının COVID-19 pasportu İngiltərədə tanınacaq.
Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Qaydaya görə, sərnişinlər peyvəndin ikinci dozasını səyahətdən azı 14 gün əvvəl qəbul etməlidirlər. Vaksin sertifikatları ingilis dilində olmalı, şəxsin adı, doğum tarixi, vaksini nə zaman və harada qəbul etdiyi ilə bağlı məlumatlar yazılmalıdır. Bundan başqa, qaydalara əsasən, Azərbaycandan səyahət edən şəxslər İngiltərəyə daxil olarkən sərnişin lokator formaları doldurmalı, İngiltərəyə çatdıqdan iki gün sonra isə PCR və ya "lateral flow" test adlanan daha ucuz testlərdən verərək neqativ nəticə almalıdırlar.
Qeyd edək ki, bundan öncə Azərbaycanın vaksin sertifikatları Britaniyada keçərli olmadığı üçün səyahət edən şəxslər İngiltərədə azı 5 gün karantin rejiminə əməl etməli idi.
Azərbaycanda bu peyvəndləri vurduranlara ŞAD XƏBƏR
30
oktyabr
00:56

Qarabağ
KOMMENTLƏR
3-cü doza peyvəndə ehtiyacı olan şəxslər bunlardır
Fransa İngiltərəyə 5 milyon doza vaksinin gəlməsinə mane olub?
Almaniya "Sinovac"la peyvənd olunan İran vətəndaşlarını ölkəyə buraxmadı
Azərbaycan vətəndaşlarının Almaniyaya səfərinə icazə verildi
Həcc ziyarətinə gələnlər bu vaksinlərdən vurdurmalıdırlar
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat