Abşeron rayonunda 1986-cı il təvəllüdlü Azad Vəliyev qısqanclıq zəminində arvadı Səliməyə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az xəbər verir ki, Səlimə 6 avqust 2021-ci ildə Sumqayıt şəhərində olan zaman olduğu ünvanı dəqiq bilmədiyi üçün əri Azada bu barədə dolğun məlumat verə bilməyib.
Bu səbəbdən Azad arvadını qısqanaraq həmin gün birgə yaşadıqları evdə sonuncuya iradını bildirib.
Həmin zaman Səlimənin kobud davranışları səbəbindən onunla əri arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb.
Mübahisə zamanı Azad bir dəfə şillə zərbəsi ilə Səlimənin sifət nahiyəsinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
İstintaq orqanı tərəfindən Azadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, zərərçəkmiş Səlimə onun arvadıdır: "Biz rəsmi nikah əsasında 2007-ci ildən ər-arvad münasibətində yaşayırıq. Bizim bu münasibətdən 3 azyaşlı övladımız var. Səlimə ilə münasibətlərimiz həmişə normal olub. Aramızda heç bir dava-dalaş baş verməyib. Lakin avqustun 6-da aramızda yanlış anlaşılma səbəbindən mübahisə baş verdi. Səlimə həmin tarixdə Sumqayıt şəhərinə getdi. Bu zaman Səliməyə zəng edərək olduğu yeri soruşdum. Sonuncu mənə dəqiq ünvan bildirmədi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Sumqayıt şəhərinə gedib: "Səlimə olduğu yeri dəqiq bildirdikdən sonra onu götürərək birgə yaşadığımız evə apardım. Həmin gün saat 17 radələrində birgə yaşadığımız evdə olan zaman yenidən Səlimdən olduğu yeri hansı səbəbdən dəqiq bildirmədiyini soruşdum. Səlimə mənə aqressiv cavab qaytardı. Bu səbəbdən Səlimə ilə aramızda sözlə mübahisə yarandı. Sonra Səlimənin mənə irad bildirməsi səbəbindən əsəbləşdim. Bir dəfə şillə ilə onun sifət nahiyəsindən vurdum. Zərbənin təsirindən Səlimə burun nahiyəsindən xəsarət aldı".
Azad qeyd edib ki, bundan sonra mübahisənin daha da böyüməməsi üçün evi tərk edib: "Növbəti gün isə Səlimə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etdi. Orada burun nahiyəsinin sındığı məlum oldu. Avqustun 9-da Səlimə barəmdə şikayət etdi".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səlimə hadisəni ərinin ifadəsinə uyğun danışıb. O, ifadəsnin sonunda əri ilə barışdığını, ondan şikayətçi olmadığını, barəsində cəza təyin olunmamasını istəyib.
Hakim Sevinc Quliyeva sonda hökm elan edən zaman zərərçəkmiş qadının əri ilə barışmasını nəzərə alıb.
Bu səbəbdən hakim təqsirləndirilən Azadın barəsində ittihamedici hökm elan etməyib. O, Azadın barəsində olan cinayət təqibinə xitam verib və onun məsuliyyətdən azad olunması barədə hökm elan edib.
Azərbaycanda evdən qaçan gəlin ərindən polisə şikayət etdi — Şok təfərrüat
01
noyabr
21:20

Qarabağ
KOMMENTLƏR
Prokurorluq arvadını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI
Ağsuda FACİƏ - 16 yaşlı oğlanın döydüyü yeniyetmə ÖLDÜ
Kişi müəllim arvadına dəhşət yaşatdı — Ağdaşda ŞOK OLAY
Pəncərədən evə girən kişi qadına 8 bıçaq vurdu - Gəncədə dəhşətli qətl
Qonşu qızını təhqir etdi, qardaşı onun qanını tökdü - Bakıda olay
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat