Görülən işlər çərçivəsində 44 günlük Vətən müharibəsi ilə əlaqədar yeni abidə ucaldılıb. Eyni zamanda, Şəhidlər xiyabanının girişində hündürlüyü 30 metrə çatan bayraq dirəyi quraşdırılıb.
Şəhidlər Xiyabanında aparılan təmir bərpa işlərinin 8 Noyabr – Zəfər Gününə qədər yekunlaşdırılması planlaşdırılır.
