ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarını pozmaqda ittiham olunan və Nyu-Yorkun Cənub Bölgəsi Federal Məhkəməsində mühakimə olunan Rza Zərrabın necə azadlığa buraxıldığı bəlli olub.
Zərrab 2018-ci ildə girov müqabilində mühakimə olunmaq üçün məhkəməyə müraciət edib və hakim ərizəni qəbul edib.
Nyu-York Cənub Dairəsinin hakimi Riçard Berman Rza Zərrabın zaminə buraxılması ilə bağlı sənədləri elektron şəkildə dərc edib. 22 yanvar 2018-ci il, 17 iyul 2018-ci il və 5 may 2020-ci il tarixlərində açıqlanan sənədlərə görə, ərizəsi qəbul edilən Zərrab şərti zaminə buraxılıb.
Hakim Berman da son yazılı sərəncamında indiyə qədər Zərrabın zaminə buraxılması ilə bağlı sənədlərlə bağlı məxfilik qərarını ləğv etdiyini açıqlayıb. Məhkəmə faylındakı qeydlərə görə, Zərrab zaminə buraxılması üçün 5 milyon dollarlıq zəmanət məktubunu məhkəməyə təqdim edib.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, məhkəmə onun zaminə buraxılmasına bəzi məhdudiyyətlər qoyub. Belə ki, müstəntiqlər və FTB əvvəlcədən xəbərdarlıq və ya icazə olmadan istənilən vaxt Zərrabın evində axtarış apara biləcək.
Zərrab prokurorluğun verdiyi mobil telefondan və kompüterdən istifadə edə bilər. Zərrab yalnız Florida və Nyu-Yorkun müəyyən olunmuş ərazilərində icazəsiz səyahət edə biləcək. Müxtəlif yerlərə getməli olsa, prokurorluqdan icazə alacaq.
Qeyd edək ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab 2013-cü il 17 dekabr tarixində "böyük rüşvət" əməliyyatında saxlanılıb. Rza Zərrab Türkiyənin İrana çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs edilib. Daha sonra o şərti azadlığa buraxılıb.
Rza Zərrabın ABŞ-da necə sərbəst buraxıldığı ortaya çıxdı - DETALLAR
03
noyabr
10:50

Qarabağ
KOMMENTLƏR
Rza Zərrabdan yeni xəbər var: Adını və soyadını dəyişib
Gürcüstanda müxalifət lideri azadlığa buraxıldı
Günellə Reza Zərrabın səs yazısı yayıldı - Audio
Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı etdi (FOTO)
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat