"2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat regionda yeni siyasi reallıq yaradıb. Müvafiq hüquqi baza yaradan həmin bəyanatı ümumxalq birliyinin təntənəsi adlandırmaq olar. Sənəd bir daha sübut etdi ki, prosesdə qalib dövlət Azərbaycandır və şərtləri yalnız Azərbaycan diqtə edir. Ermənistan Azərbaycanın xüsusilə əməkdaşlıq şərtini qəbul etməlidir, çünki bunun başqa alternativi yoxdur. Azərbaycan ordusunun zəfər yürüşünün nəticəsi olan bu sənəd ölkəmizin maraqlarına xidmət edir”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından bir il ötür, bəyanatın mahiyyəti və məzmununa məhz bir ildən sonra qiymət vermək daha düzgündür: “Bu bəyanat ilk növbədə müharibəyə son qoydu, lakin bəyanatı yalnız atəşkəs sənədi kimi qəbul etmək olmaz. Sənədin imzalanması ilə Ermənistan və Azərbaycan arasındakı müharibə başa çatdı və Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atmaqla məğlubiyyətini qəbul etmiş oldu. Daha sonra həmin sənəddə icrası nəzərdə tutulmuş bəndlərin reallaşdırılması prosesinə başlanıldı. Prinsip etibarilə bəyanatı uğurlu sənəd kimi qiymətləndirmək olar. Bəyanatın əsas əhəmiyyəti ondan ibarət idi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi, yəni geri qaytarılmasını Ermənistan öz öhdəliyinə götürmüşdü. Şükürlər olsun ki, bir güllə atılmadan proses baş tutdu və həmin rayonlar Azərbaycana qaytarıldı. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi prosesi və Türkiyənin iştirakı ilə monitorinq mərkəzinin qurulması başa çatdırıldı. Bütün bunlar uğurlu addımlardır”.
 
E.Nəsirov təəssüf hissi ilə qeyd edib ki, sənəddə nəzərdə tutulsa da, hələ də həllini tapmayan bir sıra məsələlər var: "Misal üçün, erməni hərbçilərinin bölgədən tamamilə çıxarılması məsələsi hələ də həllini tapmayıb. Təxminən 10-15 min sayda erməni silahlı birləşmənin tör-töküntüləri hələ də həmin ərazilərdə qalmaqdadırlar. Bizi narahat edən digər məsələ də Azərbaycanın icazəsi olmadan ayrı-ayrı ölkələrdən Qarabağa baş tutan səfərlərdir. Bununla bağlı Azərbaycanın ali siyasi rəhbərliyi məsələ qaldırıb. Nəticədə, indi bu kimi hallara nadir hallarda rast gəlinir. Lakin əlbəttə ki, məsələ kökündən həll edilməlidir”.скачать dle 12.1