Astara rayonu Suparibağ kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Gülnarə Məcidovanın qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. İstintaqla Gülnarə Məcidovanın qeyd olunan vəzifədə işləyərkən 2017-2020-ci illər ərzində rəhbərlik etdiyi müəssisənin 3 işçisinin faktiki olaraq işə gəlməyərək əmək funksiyalarını icra etməməsinə baxmayaraq, müvafiq rəsmi sənədlərə onların guya işə çıxması və əməkhaqqı almasına dair bilə-bilə yalan məlumatlar daxil etməsinə, bu yolla da özündə saxladığı həmin şəxslərin adlarına olan əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 14 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan sübutlar əsasında Gülnarə Məcidovaya Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilib.
Uşaq bağçasının müdirinin cinayət işi məhkəməyə göndərildi
15
noyabr
11:20

Qarabağ
KOMMENTLƏR
122 min manat mənimsəyən lisey direktoruna cinayət işi açıldı
Bu xəstəxanasının baş həkiminə cinayət işi açıdı
DSMF-nin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərildi (RƏSMİ)
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Baş həkim vətəndaşın 280 min manat pulunu ələ keçirdi - DƏLƏDUZLUQ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat