Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı Azərbaycanı təbrik edir.
Nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” deyimi ilə birlikdə olmağa davam edəcək!”.
скачать dle 12.1