Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Ağdam rayonunda aparılan tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib.
Eyni zamanda ümumi çəkisi 3.3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.




