Avropa İttifaqı Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşıladığını və Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verdiyini açıqlayıb.
Maraqlıdır, baş tutacaq görüşdə hansı məsələlər müzakirə olunacaq? Azərbaycan hansı şərtlərlə çıxış edəcək? Bu görüş sülhün başlanğıcı sayıla bilərmi?
Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələni Modern.az-a şərh edərkən deyib ki, həm Azərbaycanı, həm də Ermənistanı 3 məsələ maraqlandırır:
“Bakını İrəvanla danışıqlarda əsasən 3 məsələ maraqlandırır:
Birincisi, dəhlizinin açılması, ikincisi, sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi üçün danışıqların başlanması.
Qeyd edə bilərəm ki, bizimlə yanaşı Ermənistanı da bu məsələ maraqlandırır. Təsadüfi deyil ki, Paşinyan da parlamentdə çıxışında sərhəd və sülh sazişi ilə danışıqlara başlamağa hazır olduqlarını dedi.
Dekabrın 15-də ilk dəfə müharibədən sonra belə görüş olacaq. Görüşdə qarşılıqlı fikir mübadiləsi baş tutacaq.
İlk görüşdən yüksək nəticə gözləmək də doğru deyil. Amma hər halda müharibədən daha yaxşıdı. Müzakirələr aparılmalıdı, danışıqlar olmalıdı və ortaq nəticəyə gəlinməlidir”.
Politoloq Brüsseldən sonra Moskvada da görüş olacaq, komissiyalar yaradılacağını deyib:
"Ola bilsin ki, Brüsseldən sonra Moskvada da ikinci dəfə görüş olsun. Məsələlər yenidən müzakirə edilsin, kommisiyalar yaradılsın”.
E.Şahinoğlu vurğulayıb ki, danışıqlar bizim uzun illərimizi alacaq, ilk görüşdən sülh gözləməməliyik:
“Danışıqlar qarşılıqlı razılaşma əsasında baş tutur. Əlbəttə ki, Ermənistanın bəzi şərtləri bizi, bizim bəzi şərtlərimiz Ermənistanı qane etmir. Ortaq məxrəc axtarılmalıdır. Sərhədlərin müəyyənləşməsi asan proses deyil, bu səbəbdən danışıqlar uzun illər davam edə bilər. Eyni zamanda, hər iki tərəf sülh məsələsini fərqli anlayır. Əsas məsələ qarşılıqlı anlamadı”.
Brüssel masasında 3 məsələ: İlk görüşdə sülh olacaqmı?
21
noyabr
10:17

Qarabağ
KOMMENTLƏR
İlham Əliyevlə Paşinyanın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA
"Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil" - XİN
Brüssel görüşünün saatı açıqlandı
"Bu ilin sonuna qədər sülh müqaviləsini imzalamaq olar" - Politoloq
Bu gün Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat