"Günün xüsusən pik saatlatında apardığımız müşahidələr onu deməyə əsas verir ki, bəzi sürücülər yüklənmiş hərəkət istiqamətində səbirsizlik nümayiş etdirir və nəticədə boş hesab etdikəri qarşı hərəkət zolağına çıxmaqla kobud qayda pozuntusuna yol verirlər. Belə əməllərə yol verən sürücülər unutmamalıdır ki, etdikləri qayda pozuntularının mütləq əksəriyyəti müşahidə kameraları və xüsusi texniki vasitələrlə qeydə alınır və bu əmələ görə inzibati qanunvericilik 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərdə tutur".
Bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, belə kobud qayda pozan sürücünün yaratdığı təhlükənin cinayət tərkibli əmələ çevrilməsi, yəni hər hansısa ağır yol-nəqliyyat hadisəsinin baş verməsi an məsələsidir: "Məsuliyyətsizlik hər zaman inzibati tənbehlə yekunlaşmır! Bir daha sürücülərdən xahiş edirik ki, özlərini və ətrafdakı insanların həyatını məsuliyyətsizliyin qurbanına çevirməsinlər! Bir daha bütün sürücülərdən və hərəkətin digər iştirakçılarından yol hərəkəti qaydalarına əməl etməyi və intizamlı olmağı xahiş edirik!”.
DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ
23
noyabr
10:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat