Hadisə nəticəsində avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib. Sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, yol qəzasında dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə dəfələrlə Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub.
