Müğənni Nadir Qafarzadə ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal daha da böyüyüb.
Axşam.az xəbər verir ki, buna səbəb Nadirin "Həmin Zaur" proqramında sənətçi ilə bağlı açıqlaması olub. Oğlu Loğmanı evləndirməyə hazırlaşan sənətçi Fatiməni məclisə dəvət etməyəcəyini deyib.
Proqramda fotolar nümayiş etdirilib və "Onlardan hansını toya çağırmayacaqsan" sualı ünvanlanıb.
Nadir "Faiq Ağayev artıq dəvət olunub. Fatimə olmayacaq. Tez küsür, özündən gedir. Onun özünə də demişəm. Elə bir xırda şeydir ki, fikrində saxlayır. Deyirəm, fatimə olmaz. Cavab verir ki, dəyişə bilmərəm. Deyirəm, dəyişməlisən, artıq nənəsən" sözlərini söyləyib.
Fatimə Nadirin bu açıqlamasını paylaşaraq, onu təbrik edib.
Qeyd edək ki, Nadirlə Fatimə arasında qalmaqal ifaçının fəxri ad istəməsi ilə bağlı açıqlaması olub. Nadirin bu iddiasını fatimə ələ salmışdı.
Xatırladaq ki, Qafarzadənin oğlu Loğman dekabrın 20-də Əntiqə adlı xanımla ailə quracaq.
"Fatiməni oğlumun toyuna çağırmayacağam" - Nadir Qafarzadə
24
noyabr
14:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat