Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə əlilləri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri davam etdirilir.
Metbuat.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, qazilərə sosial ödənişlərin təyinatı, reabilitasiya, sosial-psixolji və digər istiqamətlərdə dəstək göstərilir. Ümumilikdə indiyədək 7350 müharibə əlili dövlət tərəfindən minik avtomobilləri ilə təmin edilib.
Hidayət Abdullayev "Xəzər Xəbər"ə bildirib ki, bu il ərzində şəhid ailələri və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1900 mənzil təqdim edilib.
Bununla yanaşı, nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması prosesi də davam etdirilir.
Nazir müavini əlavə edib ki, indiyədək 2200-dən çox qaziyə pensiya təyin edilib və yanvarın 1-dən etibarən bu müavinətlər də artırılacaq.
Azərbaycanda bu şəxslərin pensiyası artırılacaq
26
noyabr
10:00

Qarabağ
KOMMENTLƏR
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verildi
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim olunub - FOTOLAR
Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat