"Soçidə keçirilən bugünkü görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işlər müzakirə olunacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşdə bildirib.
“Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan arasındakı problemlər daha ətraflı müzakirə olunacaq.
Qeyd etməliyəm ki, ötən ilin noyabr ayında Rusiya sülhməramlıları fəaliyyətə başladıqdan sonra arxada qalan 1 il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib: hərbi toqquşmalar, hər hansı ciddi hadisələr qeydə alınmayıb. Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olmayan Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar oldu. Əlbəttə ki, bu bu gün bizi həm də üçtərəfli formatda risklərə necə nəzarət etməyə, onları minimallaşdırmağa, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına daha böyük diqqət ayırmağa vadar edir.
Bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiyası hökumətinin yüksək nümayəndələrinin, həmçinin rusiyalı sülhməramlıların Qarabağda sülhün təmin edilməsindəki rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu işlər gələn il də davam etdiriləcək və yaxşı nəticələr əldə olunacaq”, - Azərbaycan Prezidenti söyləyib.
"Yaxşı nəticələr əldə olunacaq” - İlham Əliyev
26
noyabr
16:59

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər