Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın Şuşa rayonunda yolların bərpası işləri apararkən işçilərin təhlükəsizliyini təmin ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, hazırda humanitar mərkəzin mütəxəssisləri təhlükəsizliyi təmin etməklə Dağlıq Qarabağda tərəflərin "demarkasiyası xətti" boyunca yolun 10 km-ə yaxın hissəsini artıq bərpa ediblər.
“Hazırda yol işlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. Rusiya sülhməramlı kontingenti sayəsində yol işçiləri yolu təhlükəsiz şəkildə bərpa edə bilirlər. Bu ərazi demarkasiya xəttinə yaxın yerləşdiyinə görə administrasiya yol işlərinin təhlükəsizliyini təmin etmək xahişi ilə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib”, - Rusiya sülhməramlı kontingentinin sözçüsü Danil Nikitin bildirib.
Sülhməramlıların köməyi ilə bölgədə yollar bərpa edilir
27
noyabr
11:09

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər