Uzunluğu 150 kilometr olan, tam istifadəyə verilməsi 2021-ci ilin ikinci yarısında nəzərdə tutulan Bakı-Quba-Rusiya dövlət sərhədi ödənişli yolunda tikinti işləri dayandırılıb. Bununla əlaqədar olaraq yüzlərlə işçi qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilib. Pandemiya dövründə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinin səbəbi açıqlanmır".
PİA.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, sözügedən yolun əsas hissəsində tikinti işlərini ölkədə çoxsaylı layihələrin podratçısı olan "Azvirt" MMC digər şirkətlərlə birgə həyata keçirir.
""Azvirt" MMC-nin səhlərinin 30 faizi, "Martin Beteiligungs GmbH & Co KG", (Almaniyada qeydiyyatdan keçmib), 25 faizi "Falcom Holding s.a.r.l", (Lüksemburqda qeydiyyatdan keçib), 25 faizi Elnur Əliyevə, 20 faizi isə "Walz GmbH & Co KG", (Almaniyada qeydiyyatdan keçib) məxsudur. Son maliyyə hesabatından məlum olur ki, şirkətin ötən il ərzində cəmisi 602 min manat xalis mənfəəti olub" - deyə iqtisadçı vurğulayıb.
Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətləəlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, həmin layihəni AYDA-nın sifarişinə uyğun laraq podratçı şirkət icra edir.
"Podrat müqaviləsinəəsasən 2021-ci ilin sonuna qədər tikinti işlərini yerinə yetirməlidirlər. Biz sifarişçi olaraq onların işçi götürmək və ya çıxartmaq məsələlərinə qarışa bilmərik. Bu onların özəl şirkət olaraq daxili işləridir".- deyə A. Nəcəfli qeyd edib.
O, daha sonra bildirib ki, AAYDA-nın sədri Saleh Məmmədov podratçı şirkətin rəhbərləri iləəlaqə saxlayıb məsələ ilə maraqlanıb: "Şirkət rəhbərləri əmin edib ki, heç bir işçi ödənişsiz məzuniyyətə göndərilməyib. İşçilər tam tərkibdə işlədirlər və iş də davam edir”. (Azpolitika)
Yol layihəsi dayanıb, işçilər məzuniyyətə göndərilib?
19
avqust
15:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat