Bakıda 11 yaşlı uşağa dozadan 3 dəfə artıq iynə vurulub, indi uşaq ayılmır.
Bu barədə Qaynarinfo-ya uşağın atası, Tovuz rayon sakini Kamal Sakkayev məlumat verib. Onun sözlərinə görə, Ramal Sakkayev rayonda dəm qazından zəhərlənib:
"Rayonda uşağı vəziyyətdən çıxartdılar. Sonra rayon həkimləri Bakıya aparıb müayinə etdirməyi və müalicə olunmasını məsləhət gördülər. Biz də dekabrın 7-də onu "Semaşko”ya gətirdik. Vəziyyəti yaxşı idi. Burada Musa adlı həkim onu müayinə etdi və 3 doza ilə uşağa iynə vurdu. Ondan sonra uşağın halı pisləşib, yatıb, ayılmır”.
Kamal Sakkayev bildirib ki, hazırda 1 saylı Kliniki Tibb Mərkəzində uşağına iynə vuran həkimi axtarır:
"Yoxdur, yoxa çıxıb. Uşağımın vəziyyəti çox pisdir”.
11 yaşlı uşağa dozadan 3 dəfə artıq iynə vuruldu, indi ayılmır – Atası
08
dekabr
15:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat