İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Kaspian Kristal” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyev tərəfindən baxılacaq.
Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı barədə məlumat verilməyib. Lakin, qeyd edək ki, hazırda “Kaspian Kristal” MMC-nin dövlət büdcəsinə 52 min 660,16 manat vergi borcu var.
Məlumat üçün bildirək ki, “Kaspian Kristal” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilən şirkətlərin qeydiyyatda olduğu Xətai rayon, Yusif Səfərov, ev 23 A-da yerləşir. “Kaspian Kristal” MMC-nin qanuni təmsilçisi Hacıyev Fuad Vaqif oğludur.
Qeyd edək ki, Fuad Hacıyevin adının Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işində keçdiyi barədə mətbuatda dəfələrlə yazılıb.
Bildirilir ki, Fuad Hacıyev Eldar Mahmudov nazir olduğu zaman NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş Vüqar Mahmudovun tapşırığı ilə ölkədən böyük həcmdə pulların çıxarılmasında iştirak edib.
Onu da bildirək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" adlı Holdinqin İdarə Heyətinin sədri olub. Hazırda Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanında "Crystal Plaza" biznes mərkəzi fəaliyət göstərir. Plazada "Salvador Dali" və "Lord" restoranları fəaliyyətdədir.
Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi, "Kristal İnşaat" MMC-nin isə təsisçisi olaraq qeyd olunub.
Bunlardan başqa Anar Mahmudov Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4 şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.", "Macent Invest Group SL" və "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradılıb.
Nazirlik Eldar Mahmudovun oğluna məxsus şirkəti məhkəməyə verdi
08
dekabr
15:52

Qarabağ
KOMMENTLƏR
Eldar Mahmudovun oğlunun şirkəti məhkəməyə verildi - 56 min vergi borcu var
Eldar Mahmudova məxsus olan şirkət LƏĞV OLUNUR
Məşhur şirkət Vergilər Xidmətini məhkəməyə verdi
Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı qərardan protest verdi
Ramiz Mehdiyevə bağlı şirkəti məhkəməyə verdilər – Aralarında Ramiz Rövşən də var...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat