Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində növbəti profilaktik tədbir keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Profilaktik tədbir zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sanitar-karantin qaydalarına əmək etməyən şəxslər müəyyən edilib və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. Xırdalan şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 27 şəxsə protokol tərtib edilib.
Reyd zamanı həmçinin aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan amma buna baxmayaraq sərnişin avtobusu idarə edən sürücü də aşkar edilib. Polis əməkdaşları 523 saylı marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər. Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xəttdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb. Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb. Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.
Koronavirus xəstəsi avtobus sürərkən yaxalandı - VİDEO
11
dekabr
20:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam