Müğənni qolunu kəsici alətlə kəsərək "Damla" yazan fanatına aid şəkli yayımlayıb.
"Damla fanatları, sizi belə görmək istəmirəm. Can Allahın əmanətidir. Belə etməklə məni üzürsünüz. Bu fanatımla mütləq görüşəcəm", - deyə müğənni pərəstişkarına müraciət edib.
Damlanın sözügedən paylaşımı sosial şəbəkədə yayılaraq, tənqid hədəfinə çevrilib. Müğənni daha sonra paylaşımını silib.
