"Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın da gördüyü qabaqlayıcı tədbirlər sayəsində xəstəlik sayında azalmalar qeydə alındı. Lakin bütün dünyada olduğu kimi burada da virus həm əhalinin həyatı, həm də iqtisadi baxımdan çətin oldu".
Bakısəsi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, hazırda pandemiya ilə mübarizədə yeni dönəmə giririk: "Payız mövsümünün gəlişi ilə xəstəlik sayının artmasını gözləyirik. Bu səbəbdən də ÜST bu günə qədər alınan dərslərdən nəticə çıxarmağı tövsiyə edir. Bu günə qədər öyrənilən şeyləri təkrar gözdən keçirməliyik. Bundan sonra bütün ölkənin sərt karantin rejiminin yenidən bərpası deyil, ancaq bölgələr üzrə fərqli tədbirlərin həyata keçirilməsi lazımdır".
H.Harmancı qeyd edib ki, ölkələr digər dövlətlərin xəstəlik üzrə göstəriciləri üzrə məlumat toplamağa davam etməlidir: "Ölkələrin epidemioloji baxımdan güvənli olmasını bilmək vacib amildir. Təbii ki, önəmli məsələlərdən biri də xəstələrlə təmasda olan şəxslərin izlənilməsi də əsasdır. Belə olan halda xəstəliyin yayılmasının qarşısını vaxtında olmaq mümkün olar. Bütün ölkələr yaxın gələcək üçün normal həyata qayıtmaq üçün çıxış yolları tapmalıdır".
ÜST rəsmisi əlavə edib ki, küçələrdə gəzmək sərbəst olsa da, tələb olunan qaydalara ciddi əməl etmək lazımdır: "Azərbaycanın xəstəlik çox olan bölgələri fərqləndirərək sərt tədbirlər görülməsini dəstəkləyirik".(Report)
ÜST: Payızda xəstəlik sayının artması gözlənilir
20
avqust
14:27

Qarabağ
KOMMENTLƏR
Hande Harmancı Azərbaycandakı vəziyyətlə bağlı açıqlama verdi
“Payız karantininə indidən hazırlaşmalıyıq”
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
ÜST rəsmisindən koronavirusun piik həddi ilə bağlı — VACİB AÇIQLAMA
Azərbaycanda koronavirus yenidən alovlana bilər — XƏBƏRDARLIQ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat